Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,25% – 30,223.89 bəndədək, S&P 500 indeksi 1,48% – 3,700.65 bəndədək, Nasdaq indeksi isə 1,47% – 12,698.45 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 4-də FTSE 100 indeksi 1,72% – 6,571.88 bəndədək, Fransa CAC-40 indeksi 0,68% – 5,588.96 bəndədək, Almaniya DAX indeksi isə 0,06% – 13,726.74 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti dəyişməyərək 1 943,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,37% azalaraq 1,2247 dollar təşkil edib.