SOCAR 9 ayda 1,3 milyard manata qənaət edib
Tarix: 20-11-2020, 17:28 | Çap et
SOCAR 9 ayda 1,3 milyard manata qənaət edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) onun hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub ki, bunun da 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bunu şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 % azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunub, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb.

S.Qasımov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulayıb ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılıb və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net