Azərbaycan qazı gələn ildən Bolqarıstana daxil olacaq
Tarix: 16-11-2020, 17:20 | Çap et
Azərbaycan qazı gələn ildən Bolqarıstana daxil olacaq
2021-ci ilin 1 yanvar tarixindən etibarən Azərbaycan qazı Bolqarıstana daxil olacaq.

Bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov məlumat verib.

Onun sözlərinə görə, bu proses enerji tədarükünün tam şaxələndirilməsi kimi qəbul edilə bilər.

Baş nazir bildirib ki, işlər tam sürətlə davam edəcək, Bolqarıstan bu layihədə öz öhdəsinə düşənləri icra edəcək və tikinti prosesində heç bir gecikmə yaranmayacaq.

Qeyd edilib ki, Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş təbii qaz terminalında artıq 20 faiz paya sahibdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net