Azərbaycan neftinin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da xam neft hasilatı və ehtiyatlarının artması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra neft istehsalının yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.