Mərkəzi Bank Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Tarix: 5-10-2020, 12:28 | Çap et
Mərkəzi Bank Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb. Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə edib. Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net