Avropada ən böyük iqtisadiyyata malik olan
Almaniya rekord həddə borclanacaq.
“Reuters” bu barədə ölkənin Maliyyə naziri Olaf Şoltsun açıqlamasına istinadla xəbər yayır.
Qeyd olunur ki, 2021-ci ildə Berlin koronavirus pandemiyası ilə mübarizəyə 100 milyard avro sərf edəcək.
Alman iqtisadiyyatı 1970-ci illərdən ən pis tənəzzülü yaşayır. Hökumət əsasən məşğulluğu qorumaq üçün genişmiqyaslı dəstək proqramlarına başlamağa məcbur olub.