Bu ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 204,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 34,7 mln. manat və ya 0,3% artıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 862,2 mln. manat və ya 6,5% artıb. Bu ilin əvvəlinə nisbətən isə kreditlərin həcmi 696,4 mln. manat və ya 4,7% azalıb.