Dünya bazarında neftin qiymətində dəyişiklik müşahidə olunub.
RT neftin avqustun 26-na olan qiymətləri barədə məlumat yayıb.
WTI markalı neftin oktyabr fyuçersləri 0,09 faiz artaraq bir bareli 43,39 dollar (73,763 manat) olub.
Oktyabr tədarükü üçün “Brent” markalı neftin fyuçersləri 0,41 faiz azalaraq 46,05 dollar (78,285 manat) təşkil edib.