Zoom plastik cərrahların gəlirini artırdı
Tarix: 16-08-2020, 18:44 | Çap et
Zoom plastik cərrahların gəlirini artırdı

Zoom-da videozənglər zamanı xarici görünüşlərindən narazı qalanlar plastik cərrahlara üz tutublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The New York Times yazır.

Nəşrin məlumatına görə, koronavirus pandemiyası zamanı tətbiq edilən özünütəcridə görə videokonfransların da sayı çoxalıb. Bir sıra istifadəçilər videoəlaqə zamanı öz zahiri görünüşlərindən narazı qaldıqlarından estetik cərrahlara müraciət ediblər. İnsanlar əməliyyat və prosedurlara 2 mindən 25 minədək pul xərcləməyə başlayıblar.

“Hələ ömrümdə yay fəsli ərzində bu qədər üzdartma əməliyyatı etməmişdim”, - deyə Atalantada fəaliyyət göstərən plastik cərrah Dayana Aleksander NYT-yə etiraf edib. Onun sözlərinə görə, demək olar ki, hər bir pasiyenti Zoom-dakı zənglərdən sonra əməliyyat etdirməyə qərar verdiyini deyib. İnsanlar kamerada “eybəcər” göründüklərini söyləyərək, həkimdən bu problemi aradan qaldırmağı xahiş ediblər.

Estetik cərrahiyyəyə bu aralar sel kimi axan pulların daha bir səbəbi də müəyyən edilib. Pandemiya zamanı səyyahların çoxu koronavirusa yoluxmaqdan qorxduqlarına görə evdə oturmağa qərar verib, gəzmək üçün topladıqları pulu da zahiri görkəmlərini dəyişmək üçün sərf etməyə başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net