AVRO-2024: Qrup mərhələsində növbəti tura yüksəlmə ehtimalları - A qrupu
Tarix: 7-06-2024, 14:56 | Çap et
AVRO-2024: Qrup mərhələsində növbəti tura yüksəlmə ehtimalları - A qrupu

Ulduzların son paradı adlandırılan AVRO-2024-ün A qrupunda favorit sayılan Almaniya millisi İsveçrə, Macarıstan və Şotlandiya seçmələri ilə üz-üzə gələcək.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, Kriştianu Ronaldu, Toni Kroos və Luka Modriç kimi ulduz futbolçular milli komanda forması ilə sonuncu dəfə AVRO-2024-də çıxış edəcəklər.

Böyük maraqla gözlənilən çempionatın A qrupuna nəzər saldıqda turnirə ev sahibliyi edən Almaniya millisinin favorit olduğunu rahatlıqla demək mümkündür. Almaniya millisinin bu qrupdakı rəqibləri İsveçrə, Şotlandiya və Macarıstan yığmalarıdır. Qrupun ilk görüşündə turnirin ev sahibi Almaniya açılış matçında Şotlandiya ilə qarşılaşacaq. Üçqat Avropa çempionatının qalibi Almaniya 14-cü dəfə keçirilən turnirdə öz azarkeşləri qarşısında yenidən çempionluq qeyd etmək istəyir. Amma İspaniya və Norveç kimi rəqiblərə qalib gələrək AVRO-2024-ə vəsiqə əldə edən Şotlandiya millisi ilə görüş almanlar üçün heç də asan olmayacaq.

Şotlandiya əvvəlki səkkiz rəqabətli qarşılaşmada Almaniyanı heç vaxt məğlub etməyib. Görüşlərin 6-sı Almaniya seçməsinin qələbəsi ilə 2-si isə heç-heçə ilə başa çatıb.

Almaniya millisinin AVRO-2024 üçün heyətində isə qapını qoruya biləcəklər arasında Oliver Bauman ("Hoffenhaym"), Manuel Noyer ("Bavariya"), Aleksandr Nübel ("Ştutqart"), Andre Ter Şteqen ("Barselona", İspaniya) yer alıblar. Naqelsman müdafiə xəttində Valdemer Anton, Maksimilian Mittelştat ("Ştutqart"), Benyamin Henriks ("Leypziq"), Yozua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), David Raum ("Leypziq"), Antonio Rüdiger ("Real Madrid", İspaniya), Niko Şlotterbek, ("Borussiya Dortmund"), Conatan Taya ("Bayer") güvənəcək. Yarımmüdafiəçilər Robert Andrix ("Bayer"), Kris Fyurix ("Ştutqart"), Paskal Qros ("Brayton", İngiltərə), İlkay Gündoğan ("Barselona"), Toni Kroos, Camal Musiala, Aleksandr Pavloviç, Leroy Sane (hamısı "Bavariya"), Florian Virts ("Bayer") olacaqlar. Hücum xəttində isə Maksimilian Bayer ("Hoffenhaym"), Niklas Fülkruq ("Borussiya Dortmund"), Kay Haverts ("Arsenal", İngiltərə), Tomas Müller ("Bavariya"), Deniz Undav ("Ştutqart") çıxış edəcəklər.

Rəqib Şotlandiya millisinin də heyətinə nəzər salaq. Qapıçılar: Kreyk Qordan, Zander Klark (hər ikisi "Harts"), Anqus Qann ("Norviç", İngiltərə), Liam Kelli ("Mozervell"). Müdafiəçilər isə Endi Robertson ("Liverpul", İngiltərə), Kiran Tirni ("Real Sosyedad", İspaniya), Cek Hendri ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Rayan Porteus ("Uotford", İngiltərə), Liam Kuper ("Lids", İngiltərə), Skott Makkenna ("Kopenhagen", Danimarka), Qrant Henli ("Norviç"), Con Sauttar ("Reyncers"), Qreq Teylor, Entoni Ralston (hər ikisi "Seltik"), Ross Makkrori ("Bristol Siti", İngiltərə) olacaqlar. Yarımmüdafiə xəttində isə Kallum Makqreqor ("Seltik"), Rayan Kristi ("Bornmut", İngiltərə), Billi Qilmor ("Brayton", İngiltərə), Con Makqinn ("Aston Villa", İngiltərə), Kenni Maklin ("Norviç"), Skott Maktominey ("Mançester Yunayted", İngiltərə), Stüart Armstronq ("Sauthempton", İngiltərə), Rayan Cek ("Reyncers") çıxış edəcəklər. Hücumda Lindon Dayks, ("Kuinz Park Reyncers", İngiltərə), Çe Adams ("Sauthempton"), Lourens Şenklend, ("Harts"), Ben Doak ("Liverpul"), Ceyms Forrest ("Seltik") fərqlənməyə çalışacaqlar.

Qrupun digər oyununda isə İsveçrə ilə Macarıstan üz-üzə gələcək. Bu qarşılaşmanın favoriti isə İsveçrə millisi sayılır. Rəqiblər indiyədək ümumilikdə 9 dəfə üz-üzə gəliblər. Bunlardan 4-də İsveçrə, 2-də isə Macarıstan millisi qalib gəlib. Üç görüşdə isə heç-heçə qeydə alınıb. Komandaların turnirə yollandığı heyətlərə nəzər yetirək. İsveçrə millisinin iştirak ərizəsində qeyd olunan futbolçuların siyahısı belədir:

Qapıçılar: Yann Zommer ("İnter" Milan), Qreqor Kobel ("Borussiya" Dortmund), Yonas Omlin ("Monpelye"), Filipp Ken ("Zalsburq");

Müdafiəçilər: Manuel Akanci ("Mançester Siti"), Erar Comert ("Valensiya"), Niko Elvedi ("Borussiya" Münhenqladbax), Rikardo Rodriges ("Torina"), Fabian Şer ("Nyukasl), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi "Maynts");

Yarımmüdafiəçilər: Mişel Ebişer ("Bolonya"), Fabian Fray ("Bazel"), Remo Froyler ("Nottingem Forrest"), Ardon Yaşari ("Lütsern"), Cibril So ("Ayntraxt" Frankfurt), Qranit Caka ("Arsenal", Denis Zakariya ("Çelsi"), Fabian Rider ("Yanq Boyz");

Hücumçular: Bril Embolo ("Monako"), Cerdan Şakiri ("Çikaqo"), Noa Okafor ("Zalsburq"), Harif Seferoviç ("Qalatasaray") , Renato Şteffen ("Luqano"), Ruben Varqas ("Auqsburq"), Kristian Fassnaxt ("Yanq Boyz");

Rəqib Macarısan millisinin baş məşqçisi Marko Rossi isə 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:

Qapıçılar: Peter Qulaçi ("Leypziq", Almaniya), Deneş Dibuş ("Ferentsvaroş"), Peter Sappanoş ("Pakş");

Müdafiəçilər: Botond Baloq ("Parma", İtaliya), Endre Botka ("Ferentsvaroş"), Marton Dardai ("Herta", Almaniya), Attila Fiola ("Fehervar"), Adam Lanq ("Omoniya", Kipr), Villi Orban ("Leypziq"), Attila Salai ("Frayburq", Almaniya);

Yarımmüdafiəçilər: Bendequz Bolla ("Servett", İsveçrə), Mihayli Kata (MTK), Miloş Kerkez ("Bornmut", İngiltərə), Laslo Klaynhaysler ("Hayduk", Xorvatiya), Adam Nad ("Spetsiya", İtaliya), Jolt Nad ("Puşkaş Akademiya"), Loik Neqo ("Havr", Fransa), Andraş Şefer ("Union", Almaniya), Kallum Staylz ("Sanderlend", İngiltərə);

Hücumçular: Martin Adam ("Ulsan Hyundai", Cənubi Koreya), Kevin Çobot ("Uypeşt"), Daniel Qazdaq ("Filadelfiya Union", ABŞ), Kristofer Horvat ("Keçkemeti"), Roland Sallai ("Frayburq", Almaniya), Dominik Soboslai ("Liverpul", İngiltərə), Barnabas Varqa ("Ferentsvaroş").

Xatırladaq ki, Almaniya ilə Şotlandiya milliləri iyunun 14-də saat 23:00-da, Macarıstan və İsveçrə seçmə komandaları isə iyunun 15-də saat 17:00-da üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək davam edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net