Çempionlar Liqası: Bu gün “Qarabağ”ın ilk rəqibi bəlli olacaq
Tarix: 20-06-2023, 10:17 | Çap et
Çempionlar Liqası: Bu gün “Qarabağ”ın ilk rəqibi bəlli olacaq

Bu gün Çempionlar Liqasında 2023/24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Ağdam təmsilçisi püşkatma zamanı güclülərin yer aldığı səpələnmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, “atlılar” nisbətən münasib komandaya rəqib olacaqlar.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net