"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub
Tarix: 11-06-2023, 12:05 | Çap et


UEFA Çempionlar Liqasında mövsümün final oyunu keçirilib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, həlledici görüş İstanbulda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında baş tutub.

İstanbulun ikinci dəfə ev sahibliyi etdiyi ÇL finalında İngiltərə təmsilçisi tarxində ilk dəfə qələb kuboku başı üzərinə qaldırıb.

Qarşlıqlı hücumlar şəraitində keçən maçtda 68-ci dəqiqədə “şəhərlilər” Rodrinin qolu ilə önə çıxıb – 1:0.

Görüş bu hesabla başa çatıb.

Beləliklə qitənin nüfuzlu turnirində ikinci dəfə final oynayan “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net