Modriç də Səudiyyə Ərəbistanı klubuna keçir: 120 milyon avroluq müqavilə
Tarix: 6-06-2023, 11:15 | Çap et


“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Xorvatiyalı futbolçu adı hələlik açıqlanmayan klubla üç illik müqaviləni razılaşdırıb. Futbolçu bu müddət ərzində ümumilikdə 120 milyon avro qazanacaq.

Modriçin “Real Madrid”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gəliblər.

Xorvatiyalı yarımmüdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl “Real”dan ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşıb.

sport.es




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net