“Galatasaray” derbidən qalib ayrıldı
Tarix: 8-01-2023, 23:09 | Çap et
“Galatasaray” derbidən qalib ayrıldı

Super Liqanın 18-ci həftəsində Türkiyənin “Fenerbahçe” klubu “Galatasaray”ı qəbul edib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, “Galatasaray” oyunun 32-ci dəqiqəsində hesabı açıb. Bundan sonrakı qolları komanda 78-ci dəqiqədə və uzatma dəqiqələrində vurub.

Qolları Serjio Oliveira, Kerem Aktürkoğlu və Mauro İkardi rəqibin qapısından keçirib. "Fenerbahçe"nin oyunçusu İrfancan Kahveci 86-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Qalatasaray" bu qələbə ilə 39 xal toplayaraq vahid lider olub.

"Fenerbahçe" 35 xalla ikinci yerdədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net