Luiş Fiqu: “Ronaldonu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”
Tarix: 11-12-2022, 11:46 | Çap et
Luiş Fiqu: “Ronaldonu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”

Əfsanəvi futbolçu Luiş Fiqu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun Kriştianu Ronaldonu dünya çempionatının pley-off matçlarında ehtiyat oyunçular skamyasında saxlamaq qərarından danışıb.

“Sən Kristianu Ronaldonu ehtiyat oyunçular skamyasında saxlayıb dünya kubokunu qazana bilməzsən. İsveçrəni məğlub etdin? Əla! Amma bunu hər oyunda edə bilərsən? Xeyr. Kriştianunu ehtiyat oyunçular skamyasında buraxmaq səhv idi, bu məğlubiyyətin məsuliyyəti məşqçinin üzərinə düşür”, - Fiqu bildirib.

Qeyd edək ki, Ronaldo Portuqaliyanın DÇ-də pley-off mərhələsinin hər iki matçında əsas heyətə daxil edilməyib.

Əvvəlcə 1/8 finalda İsveçrəni 6:1 hesabı ilə məğlub edən Fernandu Santuşun komandası 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turniri tərk edib.

sports.ru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net