"Grand Chess Tour": Bu gün Məmmədyarov ABŞ-da Aronyanla görüşəcək
Tarix: 26-08-2022, 11:11 | Çap et


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent Luis şəhərində "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.

10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.

Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da başa çatacaq.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net