Azərbaycan millisinin sabiq futbolçusu FIFA-nın qərarını gözləyir
Tarix: 4-02-2022, 13:15 | Çap et
Azərbaycan millisinin sabiq futbolçusu FIFA-nın qərarını gözləyir

“Keşlə”nin mənə olan borcu ilə bağlı vəkilim artıq məhkəməyə müraciət edib və hazırda FIFA-nın qərarını gözləyirik”.

Bunu apasport.az saytına açıqlamasında Belarusun “Slaviya” klubunda çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov deyib.
31 yaşlı hücumçu keçmiş komandası “Keşlə”nin hələ də ona borcunu qaytarmadığını söyləyib. Qurbanov ali futbol qurumundan müsbət cavab gözlədiyini vurğulayıb: “Bu mənim halal pulumdur, oğurlamamışam. Bu pula layiq olduğumu düşünürəm. Bütün sənədlər UEFA və FIFA-ya təqdim olunub. Yəqin ki, tezliklə onlardan məktub gələn kimi borcumu ödəyəcəklər. Klub görüşə razı olmadı, mən də buna məcbur qaldım. Düşünürəm ki, qələbə mənim olacaq. Bizim tək istəyimiz mənə çatmalı olan pulu ödəmələridir. Tezliklə hər şeyin xeyrimə həll olunacağını fikirləşirəm”.

Mozır təmsilçisinin oyunçusu “Keşlə”nin ona olan borcunun üzərinə faiz gəldiyini də əlavə edib: “Borcun faizi də üstünə gəlib. Vəkilin dediyinə görə, “Keşlə”nin mənə təxminən 25-30 min manat borcu var”.

Qeyd edək ki, Ruslan Qurbanov 2019/20 mövsümündə “Keşlə”nin formasını geyinib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net