Pekin-2022: Biletlər satışa çıxarılmayacaq
Tarix: 17-01-2022, 17:33 | Çap et
Pekin-2022: Biletlər satışa çıxarılmayacaq

Pekin-2022 Qış Olimpiya Oyunlarında bilet satışı olmayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı yarışın Təşkilat Komitəsi verib.

Yarışın biletləri müəyyən qrup insanlar arasında bölüşdürüləcək. Koronavirus pandemiyası üzündən yalnız yerli azarkeşlərin izləyə biləcəyi yarışın biletlərinin sahiblərini təşkilatçılar müəyyənləşdirəcək.

Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-18-də keçiriləcək.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net