Ronaldo “Mançester Yunayted”in tarixinə düşdü
Tarix: 31-12-2021, 14:40 | Çap et
Ronaldo “Mançester Yunayted”in tarixinə düşdü

İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted” doğma meydanda “Börnli”yə 3:1 hesabı ilə qalib gəlib.

Oyunun 35-ci dəqiqəsində fərqlənən K.Ronaldu İngiltərə çempionatının oyunlarında “Mançester Yunayted”in heyətində ən çox qol vuran futbolçusuna çevrilib.

Belə ki, ulduz futbolçu İngiltərə Premyer Liqasında 92-ci qoluna imza atıb.

Portuqaliyalı futbolçu bu nəticə ilə Ole Qunnar Sulşeri geridə qoyub.

Mənbə: Championat




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net