Avropa Liqasında pley-offun püşkü atılacaq
Tarix: 13-12-2021, 02:12 | Çap et
Avropa Liqasında pley-offun püşkü atılacaq

Bu gün Avropa Liqasında pley-offun püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Məhəmməd Salah ilin futbolçusu seçilib
“Monako” “Qarabağ”a şərik olub
“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcək
Ad - 00:25
Keçid
VOLVO CARS
Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi turnirdə pley-offda 16 komanda yarışacaq. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə 8 cüt təşkil edəcək.

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrup ikinciləri səpələnmiş, Çempionlar Liqasından gələnlər səpələnməmişlərdir. Pley-offun ilk matçlarında səpələnməmişlər ev sahibi olacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.

Səpələnmişlər
“Betis” (İspaniya)
“Braqa” (Portuqaliya)
“Dinamo” (Xorvatiya)
“Latsio” (İtaliya)
“Napoli” (İtaliya)
“Olimpiakos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya)
“Real-Sosyedad” (İspaniya)

Səpələnməmişlər
“Atalanta” (İtaliya)
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Leypsiq” (Almaniya)
“Porto” (Portuqaliya)
“Sevilya” (İspaniya)
“Şerif” (Moldova)
“Zenit” (Rusiya)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək.






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net