Elmar Məmmədyarov üzə çıxdı
Tarix: 2-12-2021, 14:23 | Çap et
Elmar Məmmədyarov üzə çıxdı
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədən çıxarıldıqdan sonra ilk dəfə görünüb.

Oxu.Az-ın xəbərinə görə, o, bu gün üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Onun nisbətən arıqladığı və qalstuk taxmadığı diqqətdən qaçmayıb.

Qeyd edək ki, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib.

Məmmədyarov Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülüb və 2016-cı ilin martın 11-dən AFFA İcraiyyə Komitəsinin üzvü seçilib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net