“Mançester Yunayted”in yeni baş məşqçisi açıqlandı
Tarix: 29-11-2021, 15:46 | Çap et
“Mançester Yunayted”in yeni baş məşqçisi açıqlandı

“Mançester Yunayted” klubu almaniyalı mütəxəssis Ralf Ranqniki baş məşqçi postuna gətirib.

Jurnalist Fabrisio Romanonun iddiasına görə, tərəflər artıq müqaviləni imzalayıb. Müqavilənin müddəti mövsümün sonuna kimi təyin edilib.

Daha sonra Ranqnik iki il ərzində “Mançester Yunayted”də məsləhətçi kimi çalışacaq. Mütəxəssis yeni məşqçinin təyinatı, futbolçularla müqavilə müddətinin uzadılıb-uzadılmaması kimi məsələlərə dair tövsiyələrini verəcək.

Yaxın vaxtlarda “Mançester Yunayted”in təyinatla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Mənbə: Championat.com




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net