Avropa çempionatında millimiz üçün prinsipial görüş: Ermənistanla qarşılaşacağıq
Tarix: 17-11-2021, 12:59 | Çap et
Avropa çempionatında millimiz üçün prinsipial görüş: Ermənistanla qarşılaşacağıq

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə Avropa çempionatında millilərimizin rəqibləri müəyyənləşib.Vertikal.az-ın xəbərinə görə, kişi komandamız sabah VI turda Ermənistanla, qadın millimiz isə İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, məğlubiyyətsiz irəliləyən kişilərdən ibarət millimiz səkkiz xalla ikinci sıradadır. Komandamız lider Rusiya ilə eyni xala malik olsa da, əlavə əmsala görə şimal qonşumuzdan geri qalır. Qadın yığmamız isə yeddi xalla beşinci sıradadır.

Xatırladaq ki, Avropa çempionatı noyabrın 21-də başa çatacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net