“El-Klassiko”nun bugünkü qalibi kim olacaq – “Real”, yoxsa “Barselona”?
Tarix: 24-10-2021, 13:12 | Çap et
“El-Klassiko”nun bugünkü qalibi kim olacaq – “Real”, yoxsa “Barselona”?

Bu gün İspaniya La Liqasında “Barselona” və “Real Madrid” arasında növbəti El-Klasiko keçiriləcək.

Turun mərkəzi görüşü bu gün “Kamp Nou” stadionunda baş tutacaq.

“Kral klubu” 8 oyundan sonra 17 xalla üçüncü, Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib. Görüşü FIFA referisi Xose Mariya Sançes Martines idarə edəcək.

“El-Klasiko” Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Qeyd edək ki, indiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 “El-Klasiko”nun 98-də qonaqlar, 96-da isə paytaxt təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net