UEFA Millətlər Liqası: Üçüncülük matçında üç qol vuruldu, İtaliya qalib oldu.
Tarix: 10-10-2021, 20:27 | Çap et
UEFA Millətlər Liqası: Üçüncülük matçında üç qol vuruldu, İtaliya qalib oldu.

UEFA Millətlər Liqasında üçüncü yerin sahibi bəlli olub.

Oxu.Az xəbər verir ki, mükafat üçün keçirilən görüşdə İtaliya ilə Belçika qarşılaşıb.

Oyunda üç qol vurulub. Maraqlıdır ki, qolların hamısı ikinci hissədə qeydə alınıb.

İkinci yarı başlayan kimi Barella İtaliyanı önə çıxarıb. 65-ci dəqiqədə Berardi penaltini dəqiq yerinə yetirib – 2:0.

Belçikanın gücü isə təsəlli qoluna çatıb. 86-cı dəqiqədə Ketelaer De Bruynenin ötürməsini məntiqi sonluğa çatdırıb – 2:1.

Qeyd edək ki, Millətlər Liqasının final matçı da bu gün keçiriləcək. Saat 22:45-də start götürəcək matçda İspaniya ilə Fransa münasibətlərinə aydınlıq gətirəcəklər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net