Tokio-2020: Saley özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb
Tarix: 3-09-2021, 14:56 | Çap et
Tokio-2020: Saley özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net