Azərbaycanın Tokioda ilk Paralimpiya çempionu: “Sevinirəm ki, burada himnimizi səsləndirən mən olacağam”
Tarix: 27-08-2021, 12:29 | Çap et
Azərbaycanın Tokioda ilk Paralimpiya çempionu: “Sevinirəm ki, burada himnimizi səsləndirən mən olacağam”

“Sevinirəm ki, gənc yaşımda Paralimpiya çempionu oldum”.

vertikal.Az-ın xəbərinə görə, bunu Azərbaycana Tokio Paralimpiya Oyunlarında ilk qızıl medalı qazandıran cüdoçu Şahanə Hacıyeva deyib.

O, 48 kq çəki dərəcəsində bu gün Yaponiya, Rusiya və Fransadan olan rəqiblərinə qalib gələrək ilk Paralimpiya çempionluğunu qazanıb.

“Çempionluğum hələ də mənə yuxu kimi gəlir. Sevinirəm ki, Tokioda Azərbaycan himnini ilk mən səsləndirəcəyəm. Nəhayət ki, Tokioda bizim himn də səslənəcək. Bu qələbəmi müəllimimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ardını digər komanda yoldaşlarımdan da gözləyirəm”, - deyə Paralimpiya çempionu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan bu gün cüdoda daha bir qızıl və bürünc medal qazana bilər.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net