Afinada xəstəxanaya yerləşdirilən Namiq Ələsgərov əməliyyat olunacaq
Tarix: 22-07-2021, 12:44 | Çap et
Afinada xəstəxanaya yerləşdirilən Namiq Ələsgərov əməliyyat olunacaq

Millimizin və “Neftçi”nin futbolçusu Namiq Ələsgərov əməliyyat olunacaq.

Bu barədə Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İcitmaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

O, Afinada xəstəxanada qalan futbolçunun səhhətinin yaxşı olduğunu desə də, bir həftə sonra Bakıdakı matçda oynamayacağını vurğulayıb:

“Namiq hazırda xəstəxanadadır, müayinə olunur. Müayinəsi bitdikdən sonra bu barədə tam ətraflı məlumat verəcəyik. İlkin müayinənin nəticəsinə əsasən, əməliyyat olunacaq. Belə olan halda, çətin ki, oynaya bilsin”.

Qeyd edək ki, Namiq Ələsgərov dünən Çempionlar Liqasının “Olimpiakos”la Afinada keçirilən matçında rəqibin qvineyalı futbolçusu Madi Kamara tərəfindən ciddi zədə alıb və nəticədə idmançının burnundan qan gəlib. O, 45-ci dəqiqədə digər hücumçu Mirabdulla Abbasovla əvəzlənib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net