Əməliyyat olunan Kristian Eriksen bu gün xəstəxanadan çıxacaq
Tarix: 18-06-2021, 11:11 | Çap et
Əməliyyat olunan Kristian Eriksen bu gün xəstəxanadan çıxacaq

Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən yarımmüdafiəçiyə implant kardioverter-defibrilyator yerləşdirilib.

Bu cihaz həyat üçün təhlükəli olan aritmiyaların aradan qaldırılmasına xidmət edir və ürək dayanmasının qarşısını alır. Həkimlər Eriksenin özünü yaxşı hiss etdiyini və artıq bu gün xəstəxanadan evə buraxılacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 12-də keçirilən matçın ilk yarısının sonlarında yerə yıxılan və ürəyi dayanan Eriksenə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net