Neymar PSJ-də qalır, ildə 30 milyon avro alacaq
Tarix: 17-04-2021, 05:54 | Çap et
Neymar PSJ-də qalır, ildə 30 milyon avro alacaq

Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzatmağa razı olub.

“Report”un məlumatına görə, bu barədə Nikola Skira özünün tvitter səhifəsində yazıb.

Bununla da Neymar klubda 2026-ci ilə qədər qalacaq. Yeni müqaviləyə əsasən PSJ braziliyalı futbolçuya ildə 30 milyon avro ödəyəcək.Rəsmi məlumat yaxın müddətdə açıqlanacaq.

Xatırladaq ki, bundan əvvəl 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Bu mövsüm Neymar 22 dəfə yaşıl meydana çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net