Ronaldu Bekhemin komandasında oynaya bilər
Tarix: 11-03-2021, 12:43 | Çap et
Ronaldu Bekhemin komandasında oynaya bilər

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər.

"Report" "Daily Star"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ABŞ-ın "İnter Mayami" klubunun sahibi, İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemlə əlaqə yaradıb.

O, MLS təmsilçisində oynamaq ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net