“Qəbələ” Şimali Makedoniya klubu ilə qarşılaşacaq
Tarix: 27-01-2021, 16:59 | Çap et
“Qəbələ” Şimali Makedoniya klubu ilə qarşılaşacaq
UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Tədbirdə 1/32 finalın cütləri müəyyənləşib.

Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub. “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.

Püşkatmadan öncə “qırmızı-qaralar”ın potensial rəqibləri “Şkendiya”dan başqa, “Çertanovo” (Rusiya), “Dinamo” (Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Ludoqorets” (Bolqarıstan) və “Şerif” (Moldova) klubları idi.

Qeyd edək ki, cari mövsümdə “Şkendiya”nın əsas komandası da UEFA Avropa Liqası çərçivəsində “Sumqayıt”la qarşılaşıb. Bundan başqa, “Qarabağ” və “Neftçi” də avrokuboklarda Şimali Makedoniya klubları ilə mübarizə aparıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net