İspaniyada qapıçı qol vurduqdan sonra məğlubiyyətə səbəb oldu
Tarix: 5-11-2020, 12:57 | Çap et
İspaniyada qapıçı qol vurduqdan sonra məğlubiyyətə səbəb oldu

İspaniyanın regional çempionatında "Vinaros" və "Peniskola" komandaları arasında keçirilmiş matçda qeyri-adi hadisə baş verib.

"Report"un məlumatına görə, 95+5-ci dəqiqədə "Vinaros"un qapıçısı Carlos Aquayo Torres hesabı bərabərləşdirmək üçün irəli gedib.

Rəqibin cərimə meydançasının kənarında top qolkiperin qarşısına düşüb. O isə dəqiq zərbə ilə tarazlığı bərpa edib. Amma bu, görüşdəki sonuncu qol olmayıb.

"Peniskola"nın futbolçuları mərkəzdən oyuna başlayan kimi topu birbaşa qapıya göndərib. Torres öz mövqeyində olmadığı üçün zərbə qolla nəticələnib.

Qeyd edək ki, "Peniskola" qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net