Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq
Tarix: 11-10-2020, 22:52 | Çap et
Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq

Azərbaycan yığması Millətlər Liqası çərçivəsində Kiprə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq komandamız Albaniyadakı qarşılaşmaya qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, Azərbaycan – Kipr oyunu oktyabrın 13-də Elbasan şəhərində keçiriləcək.




Xəbərlər
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net