“Dəniz kuboku” müsabiqəsinə yekun vuruldu
Tarix: 3-09-2020, 13:09 | Çap et
“Dəniz kuboku” müsabiqəsinə yekun vuruldu
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə yekun vurulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Hava hədəfinə artilleriya atışı”, “Xilasetmə vasitələrinin istifadəsi”, “Gəminin lövbərə və çəlləyə durması” çalışmalarını icra ediblər.

Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən, Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net