İspaniya klubuna yeni baş məşqçi təyin olundu
Tarix: 9-07-2020, 15:51 | Çap et
İspaniya klubuna yeni baş məşqçi təyin olundu

Manuel Pelleqrini İspaniyanın "Betis" futbol komandasına baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssis 2020/2021 mövsümündən işə başlayacaq. Pelleqrini ilə 2023-cü ilin iyununadək müqavilə bağlanılıb.

Çilidən olan baş məşqçi əvvəllər İspaniyada "Real Madrid", "Malaqa" və "Vilyarreal"a, İngiltərədə isə "Mançester Siti" və "Vest Hem"ə rəhbərlik edib. O, 2019-cu ilin dekabrından işsizdir. Hazırda "Betis" 35 oyundan 41 xalla 13-cü pillədə qərarlaşıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net