Azərbaycanda daha bir yarış təxirə salındı
Tarix: 4-07-2020, 13:10 | Çap et
Azərbaycanda daha bir yarış təxirə salındı

Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış koronavirus pandemiyasına görə təxirə salınıb.

"Report"un məlumatına görə, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təyin olunan vaxtda baş tutmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən turnir bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2 - 12 oktyabra planlaşdırılan yarış 2021-ci ildə olacaq. Turnirin dəqiq tarixləri hələ ki, bəlli deyil.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempion olub. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2020 superturniri də təxirə salınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net