KİV: Lionel Messi "Barselona"nı tərk edir
Tarix: 3-07-2020, 14:50 | Çap et
KİV: Lionel Messi "Barselona"nı tərk edir

Argentina milli komandasının futbolçusu Lionel Messi 2020/2021 mövsümünün sonunda İspaniya "Barselona"sını tərk edə bilər.

"Report"un "Cadena SER" radiosuna istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 33 yaşlı hücumçu ilə 2 illik yeni müqavilənin bağlanılma məsələsində razılığa gələ bilmir. İndi Messi gələn mövsümün ardından azad agent statusu alaraq, klubu tərk etməyi düşünür.

O, komandanın uğursuzluqlarında daim ittiham olunmasından narazıdır. Təcrübəli forvard özünü digər klubda sınamaq niyyətindədir.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 37 oyuna 27 qol və 22 məhsuldar ötürmə müəllifi olub. O, peşəkar karyerasında 700-cü qolunu iyunun 30-da "Atletiko" ilə görüşdə (2:2) penaltidən vurub.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net