"Formula 1"də mövsüm başladı
Tarix: 3-07-2020, 13:38 | Çap et
"Formula 1"də mövsüm başladı

"Formula 1"də yeni mövsümə start verilib.

"Report"un məlumatına görə, bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk sınaq yürüşü başlayıb.

İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martda Avstraliyada başlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən yarış ləğv edilib. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq.

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net