Azərbaycan güləşçisi çempion oldu - FOTO
Tarix: 20-06-2020, 10:41 | Çap et
Azərbaycan güləşçisi çempion oldu - FOTO
Ümumdünya Güləş Birliyinin (UWW) qadın güləşi üzrə keçirdiyi virtual çempionatın qalibi Azərbaycan təmsilçisi olub.

Oxu.Az xəbər verir ki, üçqat olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik bütün rəqiblərinə böyük səs fərqilə qalib gələrək, çempion adına yiyələnib.


16 idmançının iştirak etdiyi səsvermə yarışının 1/4 finalında Mariya Stadnik kanadalı Erika Vibeyə, yarımfinalda türkiyəli Yasemin Adara və finalda rusiyalı Natalya Vorobyovaya qalib gəlib.

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Hacı Əliyev ikinci yerə çıxmışdı.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net