Çempionlar Liqasında 2020/21 və 2021/22 mövsümünün final matçının məkanı bilinib
Tarix: 16-06-2020, 00:03 | Çap et
Çempionlar Liqasında 2020/21 və 2021/22 mövsümünün final matçının məkanı bilinib

Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub.

Apasport.az saytının "Sky Sport"a istinadən məlumatına görə, UEFA ən nüfuzlu klub turnirinin 2020/21 və 2021/22 mövsümünün həlledici görüşlərinin şəhərini müəyyənləşdirib.

Cari mövsümün 1/4 final mərhələsindən bütün oyunlarını Lissabona verən qitə futbol qurumu əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. 2022-ci ildəki həlledici qarşılaşma isə Sankt-Peterburqda olacaq. Mənbənin bildirdiyinə görə, UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.

Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsindən dayandırılıb. Turnirin avqustda bərpası planlaşdırılır.

ApaSport




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net