“Bayer” məğlubiyyətdən qaçıb
Tarix: 14-06-2020, 22:07 | Çap et
“Bayer” məğlubiyyətdən qaçıb

Almaniya Bundesliqasında XXXI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma baş tutub.

“Mayns” öz meydanında “Auqsburq”la oynayıb. Qonaqların 1-ci dəqiqədəki qolu matçın taleyini həll edib.

Mükafatlar uğrunda mübarizə aparan “Bayer” səfərdə “Şalke” ilə görüşüb. Meydan sahibləri penaltidən vurulan qolla üstün duruma düşsə də, leverkuzenlilər qarşılaşmanın sonlarında avtoqol sayəsində məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 16-17-də keçiriləcək.

Almaniya Bundesliqası
XXXI tur
“Mayns” – “Auqsburq” – 0:1
Niderlexner, 1
“Şalke” – “Bayer” – 1:1
Kaliqiuri, 51 (pen.) – Miranda, 81 (avtoqol)







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net