Mütəxəsislər Messinin Ronaldunu iki dəfə üstələdiyini bildirir
Tarix: 11-06-2020, 10:51 | Çap et
Mütəxəsislər Messinin Ronaldunu iki dəfə üstələdiyini bildirir
Niderlandın “SciSports” informasiya şirkəti və Belçikanın Löven Universiteti Lionel Messi ilə Kriştianu Ronaldunun oyun keyfiyyətlərini araşdırıb.

Xəbəri Sport.es saytı yayıb.

Mütəxəssislərin apardıqları təhlillər nəticəsində məlum olub ki, argentinalı futbolçu öz oyunu ilə həmkarını iki dəfə üstələyir.

Tədqiqatla futbolçunun oyun zamanı etdiyi hərəkətlərin görüşün nəticələrinə təsiri qiymətləndirilib.

Araşdırma zamanı məlum olub ki, L.Messi topla daha çox hərəkət edir, qol vəziyyətlərinin təşkil olunmasında rəqibini üstələyir və oyunun nəticəsinə Ronaldudan daha çox təsir göstərir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net