Məşhur tennisçi korta çıxmaqdan imtina etdi
Tarix: 10-06-2020, 12:44 | Çap et
Məşhur tennisçi korta çıxmaqdan imtina etdi

Məşhur isveçrəli tennisçi Roje Federer 2020-ci ildə heç bir yarışa qatılmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə tennisçinin “Twitter” səhifəsində məlumat verilib.

“Bir müddət öncə sağ dizimdən əməliyyat olunmuşam. Tam bərpa olunmaq və yüksək səviyyədə oynamağı qarşıma məqsəd qoymuşam. Səbirsizliklə 2021-ci ilin əvvəlində tennis meydançalarına qayıdışımı gözləyirəm”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının əvvəlindən tennis yarışlarına qadağa qoyulub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net