“Neftçi” ingilis məşqçi ilə yollarını ayırdı - RƏSMİ
Tarix: 8-06-2020, 18:04 | Çap et
“Neftçi” ingilis məşqçi ilə yollarını ayırdı - RƏSMİ
“Neftçi” Futbol Akademiyasının direktoru olan Mik Benetlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, klub müqavilə müddəti başa çatan ingilis mütəxəssislə vidalaşıb.

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək, xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Mik Benet vaxtilə Azərbaycanda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində 2014-2018-ci illərdə baş məşqçi işləyib. O, 2018-ci ildən “Neftçi”də işləyirdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net