AFFA koronavirusa yoluxmuş məşqçi ilə əlaqə saxlayacaq
Tarix: 5-06-2020, 11:09 | Çap et
AFFA koronavirusa yoluxmuş məşqçi ilə əlaqə saxlayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

Oxu.Az məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsi ilə əlaqə saxlayıb.

Sözügedən komitənin rəhbəri Vaqif Sadıqovun sözlərinə görə, Nadir Qasımovla gün ərzində əlaqə saxlanılacaq:

“Xəbər gecə saatlarında çıxıb. Bu üzdən onu həmin vaxt zəng vurub narahat etmək istəmədik. Amma gün ərzində əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Nadir Qasımovun nəfəs çatışmazlığından və yüksək hərarətdən əziyyət çəkdiyi deyilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net