“Neftçi” qapıçı Kamranla müqavilə bağladı - FOTO
Tarix: 3-06-2020, 12:39 | Çap et
“Neftçi” qapıçı Kamranla müqavilə bağladı - FOTO
“Neftçi” daha bir futbolçu ilə bağlı qərarını verib.

Oxu.Az xəbər verir ki, qapıçı Kamran İbrahimov Bakı klubunun heyətində öz yerini qoruyub.

20 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti daha iki illik uzadılıb. K.İbrahimov artıq 2022-ci il mayın sonunadək “ağ-qaralar”a məxsusdur.


Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludovla yeni müqavilə imzalayan “Neftçi” haitili futbolçu Vild-Donald Qerye ilə yollarını ayırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net