"Yuventus"un məşqçisi istefa verib
Tarix: 14-05-2020, 23:20 | Çap et
"Yuventus"un məşqçisi istefa verib

"Yuventus"un məşqçilər korpusunda dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mauritsio Sarrinin köməkçilərindən olan Andrea Barzalyi postundan ayrılıb.

Bu barədə 39 yaşlı mütəxəssis özü məlumat verib. Ötən ilin yayında məhz Turin klubunun heyətində futbolçu karyerasını başa vuraraq məşqçi kimi fəaliyyətə başlayan Balzalyi yeni işində heç bir il qalmayıb. İtaliya millisinin keçmiş üzvü ayrılığını ailəsinə daha çox vaxt ayırmaq istəməsi ilə əlaqələndirib.

Qeyd edək ki, DÇ-2006-nın qalibi olan Andrea Barzalyi 2011-2019-cu illərdə formasını geyindiyi "Yuventus"la 7 dəfə A seriyasını qazanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net