Deputatlar mətbuata kompromat ötürür
Tarix: 9-10-2015, 10:40 |
Çap et
V çağırış Milli Məclisə keçirilən 1 noyabr parlament seçkilərinə namizədliyini irəli sürmüş şəxsləri bəzi dairələrdə seçiciləri qəbul etmək istəmir. Namizədlərin seçicilərlə görüşlərinə start verilməməsinə baxmayaraq, müəyyən narazılıq var. Seçicilərin qəbul etmədiyi, amma deputat olmaq və ya hazırda deputat olub təkrar seçilmək istəyən şəxslər özlərindən güclü namizədlər barəsində kompromat toplayıb mətbuata ötürürlər. Sosial şəbəkələrdə paylaşılan belə yazıları oxuduqda asanlıqla hər şey aydın görünür.
Hətta bəzi deputatlığa namizədlər siyasi məsələlərə bulaşdırılır, onlar Rəsul Quliyev, Sürət Hüseynovla əlaqələndirilir, bir zamanlar Heydər Əliyevin ardınca danışdıqları ortaya çıxarılır. Təbii ki, burada hər hansı qəbahətin olduğunu axtarmırıq. Sadəcə kimlərsə Rəsul Quliyev, Sürət Hüseynovla əlaqəli olubsa, Heydər Əliyevin ardınca danışıbsa,mətbuatın yazdıgı fikirlərin seçki ərəfəsində təkrar qabardılması qara piardı. Zamanında səsləndirilməyən, yazılmayan belə məlumatların parlament seçkilərinə təsadüf etməsi dairələrdə namizədliyi qeydə alınan deputat və yaxud təkrar seçilmək istəyənlərin kiçik hisslərə qapanıb mandat xatirinə milli amal və idealdan məhrum olmasından xəbər verir. Belə şəxslərin məqsədi təkrar mandat qazanıb çirkin işlərini davam etdirmək, qara güruhçuluqla məşğul olmaq, yeri gəldikdə urapatriotluq etmək “əməllərini” kölgələməkdən ibarətdir. Əks təqdirdə, belə şəxslər namizədliyini irəli sürdüyü dairədə seçiciləri ilə görüşməkdən qorxmaz, onlar üçün hansı işə yaraya biləcəklərini əsaslandırar və yaxud deputat olduğu beş ildə seçicilər, millət adına imza atdıqları işdən ağız dolusu danışar. Demək, əməli iş yoxdur, ortaya da çıxa bilmirlər, amma təkrar deputat olmaq istəyirlər. Nə etməli?!
Təbii özlərindən nüfuzlu aponentlərini ləkələmək, onlara çirkab atmaq gərəkdir ki, görüntü yaradıb təşviqat müddəti pərdələnsinlər. Seçkidən sonra seçicilər bunları seçib deyib, növbəti 5 il müddətinə qərargahlarının qapısına qıfıl vurub yoxa çıxsınlar, eyş-işrət, yeyib-içmək və orda-burda öyünüb desinlər ki, mən deputatam. Belə şəxslərin sırasında hazırkı deputatlardan namizədliyini irəli sürənlər elə fikirləşirlər ki, əhali bölgələrdə onların danışığına fikir vermir və ya onların danışıqlarının hansı anlama gəlməsi müəyyənləşdirilmir. Məsələn, “Mən demirəm mənə səs verin, səs versəniz də sağ olun, verməsəniz də. Onsuz da mən deputat seçiləcəm”. Daha belə namizəd fikirləşmir ki, bu o deməkdir məni siz seçmirsiniz, seçən seçir və mənim sizinlə görüşüm görüntü yaratmaq xatirinədir. Və belə şəxslər özləri də bilmədən ona etimad göstərəni çətin vəziyyətə salır. Digər hazırkı deputatlardan biri isə özünə yaxın qohum-əqrabasına ərz edir ki, “Mənim bir seçicim var”. Bu söhbətin diapazonu genişlənir və onun deputat seçildiyi dairənin seçicilərini əhatə edir. Və günlərin birində ona sual verilir ki, sizin o bir seçiciniz kimdir ki, biz seçicilərinizi heçə sayıb kütləvilikdən imtina edirsiniz? Bəs bu fikir sizə etimad göstərənləri pis vəziyyətdə qoymur?! Hazırda deputat olub namizədliyini irəli sürmüş (bitərəf və ya partiya xətti ilə) deputatlarımız belə halları nəzərə alıb seçicilərinə normal yanaşmır , seçkilərdən sonrakı müddətdə davranışlarını tənzimləyə bilmirlər. Bu şəxslər kimlərdir, hansı dairədən namizədliyini verib, o cumlədən seçki günü rəqabətin olacağı dairələr üzrə hansı namizədin seçilmək şansı çoxdur, bu və ya digər məlumatları Vertikal.az saytını oxumaqla dəyərləndirə bilərsiniz.