İki ildir ki, məmur qapılarına qalan qəsəbə sakinləri... - PROBLEM
Tarix: 10-08-2015, 11:27 | Çap et
İki ildir ki, məmur qapılarına qalan qəsəbə sakinləri... - PROBLEM
“Yaşadığımız küçədə elektrik enerjisinin gərginliyi yayda 150, qışda isə 90 volt olur. Evdə heç bir məişət əşyası işləmir”.
Vertikal.az-ın məlumatına görə, bunu Abşeron rayon Digah qəsəbə sakini (Yeni yaşayış massivində) Məmmədov Sənan Fəxrəddin oğlu deyir. Şikayət məktubu ilə redaksiyamıza müraciət edən Sənan Məmmədov bildirir ki, bu hal düz iki ildir davam edir. 2013-dən indiyə qədər müraciət etmədikləri dövlət orqanı qalmayıb: “Sumqayıt Regional Elektrik Şəbəkəyə, Abşeron rayon İcra Hakimiyyətinə, “Azəreneri”yə, “Azərişıq”a 20 dəfədən çox müraciət etmişik. Sakinlər adından məktub göndərmişik. Amma məktubumuza cavab ala bilmirik. Bakının bir addımlığında bu cür probleminin olması gülüncdür. Ərizəyə yeni transformator qoyulmasa, bu qışı işıqsız keçirəcəyik”.
Sənan Məmmədov həmin ərazidə 200 ailənin yaşadığını deyir. “Azərişıq”dan açıqlama verirlər ki, həmin ərazinin texniki şərti yoxdur, elektrik verilməsi qeyri-qanunidir. Şəxsən mənim və qonşuların evində hesablama aparılıb, evin qanuni yükü hesablanıb. Vəziyyət gün-gündən daha ağırlaşır. Qəsəbəyə yeni köçənlər olur. Digahın digər problemlərindən heç danışmıram. Əsas məsələ elektrik enerjisinin normal təminatı məsələsidir. Ən azı 200 ev elektrik enerjisinin təminatından əziyyət çəkir” deyə o bildirib.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net